"Arsenal" "Yuventus"un hücumçusu Duşan Vlahoviçin xidmətində maraqlıdır.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Bildirilib ki, “topçular” qış transfer pəncərəsi üçün prioritet hədəf kimi 24 yaşlı serb futbolçunu seçib.
Həmçinin, “Arsenal” mümkün alternativlər kimi Brayan Mbeumo (“Brentford”), Leroy Sane (“Bavariya”) və Ceymi Bynoe-Gittensi (“Borussiya” Dortmund) nəzərdən keçirir.
Qeyd edək ki, Vlahoviç mövsümün son 22 matçında 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
İdman.biz