Bu mövsüm La Liqasının 18 turunda videotəkrar sistemindən istifadə edilən qərarların əksəriyyəti “Barselona”nın xeyrinə verilib.
İdman.biz xəbər verir ki, İspaniyanın AS nəşri 8 belə epizod hesablayıb.
Müsbət VAR qərarlarının sayına görə ikinci yerdə "Vilyarreal" (7 epizod), üçüncü yerdə "Atletik" (6) qərarlaşıb. Maraqlıdır ki, VAR-ın köməyi ilə Madrid "Real"ının xeyrinə cəmi 3 qərar verilib.
VAR qərarlarından ən çox əziyyət çəkən isə “Alaves” olub. 9 epizod bu komandanın rəqiblərinin xeyrinə qəbul edilib. "Barselona" və "Atletiko"nun hərəsinə qarşı 5 epizod, Madrid "Real"ına qarşı - 3 epizod olub.
Qeyd edək ki, ümumilikdə İspaniya çempionatının 18 turunda 83 epizodda VAR-dan istifadə olunub.
İdman.biz