“Real”dan 100 milyonluq təklif

Xəbərlər
2 Yanvar 2025 11:27
114
“Real”dan 100 milyonluq təklif

“Real”ın heyətinə qatmaq istədiyi mərkəz müdafiəçisi bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya klubu Vilyam Salibanın xidmətində maraqlıdır.

Madrid təmsilçisi “Arsenal”ın müdafiəçisi üçün rekord məbləğ – 100 milyon avro ödəməyə hazırdır. Keçid baş tutsa, Saliba ən bahalı müdafiəçi olacaq. Futbolçu keçidə razılıq verib və artıq klublar arasında danışıqlar aparılır.

Qeyd edək ki, Salibanın müqaviləsi 2027-ci ilin yayında bitəcək.

İdman.biz

Məqalədə: