İon Nikolaesku Moldovanın 2024-cü ildə ən yaxşı futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, "Heerenveen"in 26 yaşlı hücumçusu ardıcıl ikinci ildir bu şərəfə layiq görülür.
Gürcüstanda isə icarə əsasında "Valensiya"da çıxış edən "Liverpul"un 24 yaşlı qapıçısı Giorgi Mamardaşvili 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Ondan əvvəl Xviça Kvaratsxelia ardıcıl dörd il ölkədə "ən yaxşı" olub.
İdman.biz