"Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri komandasında mövcud vəziyyəti dəyərləndirib.
İdman.biz xəbər verir ki, futbolçu “şəhərlilər”in durumunun kritik olduğunu deyib.
Lakin, o, hər şeyin tədricən yaxşılaşacağını bildirib: “Deyərdim ki, kritik vəziyyətdəyik. Qələbə qazanmağa çalışmalıyıq. Panikaya düşməyin”.
Qeyd edək ki, turnir cədvəlinin lideri “Liverpul”dan 14 xal geri qalan "Mançester Siti" 6-cı pillədə qərarlaşıb. Klub yanvarın 4-də Premyer Liqada növbəti matçında "Vest Hem"lə qarşılaşacaq.
İdman.biz