“Barselona”nın futbolçusu Lamin Yamal zədədən sonra komanda ilə məşqlərə qoşulub.
İdman.biz xəbər verir ki, “Leqanes”lə dekabrın 15-də keçirilən oyunda xəsarət alan yarımmüdafiəçi kollektiv hazırlıqda qismən iştirak edib.
Onun Superkuboka qədər hazır olacağı gözlənilir. Lamin “Atletik”lə yarımfinal görüşündə meydana çıxacağı ehtimal olunur.
Qeyd edək ki, “Barselona” ilə “Atletik” arasında qarşılaşma yanvarın 8-də keçiriləcək.
İdman.biz