Neymar “Əl-Hilal”ın məşqini buraxıb.
İdman.biz xəbər verir ki, buna hücumçunun sağlamlığındakı problemlər səbəb olub.
Cənubi amerikalı qarın nahiyəsindəki ağrılara görə hazırlığa qatılmayıb. O, bunadək 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər zədə üzündən meydanlardan kənar qalıb.
Qeyd edək ki, Neymar cari mövsümdə cəmi 2 oyun keçirdikdən sonra da zədələnib.
İdman.biz