La Liqa klubları "Barselona"nı məhkəməyə verə bilər

Xəbərlər
3 Yanvar 2025 10:14
66
La Liqa klubları "Barselona"nı məhkəməyə verə bilər

"Barselona" futbolçular Dani Olmo və Pau Viktoru hansısa yolla qeydiyyatdan keçirə bilsə, La Liqa klubları Kataloniya təmsilçisini məhkəməyə verə bilər.

İdman.biz xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

La Liqa rəhbərliyinin "Barsa"nın prezidenti Joan Laportanın təzyiqinə tab gətirməyib, oyunçuların qeydiyyatını müsbət həll edəcəyi təqdirdə, bir neçə klub İspaniya çempionatında hazırkı mövsümün etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Qeyd edək ki, “Barselona” 19 oyundan 38 xalla La Liqada 3-cü pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: