“Mançester Siti” Özbəkistan millisinin və Fransanın “Lans” klubunun müdafiəçisi Abdukodir Xusanova maraq göstərir.
İdman.biz xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabrizio Romano məlumat yayıb.
“Mançester Siti”nin 20 yaşlı futbolçunu yanvarda potensial transferlər siyahısına daxil etdiyi bildirilir. Həmçinin digər aparıcı klublar da Xusanova maraq göstərir.
Qeyd edək ki, özbəkistanlı futbolçu 2023-cü ildən "Lans"da çıxış edir və klubla müqaviləsi 2027-ci ilə kimidir. Bu mövsüm Xusanov bütün turnirlərdə 16 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
İdman.biz