Futbolun gözəllikləri sırasında driblinqlərin özünəməxsus yeri var.
İdman.biz Avropanın aparıcı çempionatlarının – “böyük beşlik” ölkələrinin yüksək liqalarını bu baxımdan nəzərdən keçirərkən, daha çox driblinqlərin edildiyi Azərbaycan Premyer Liqasına da diqqət yetirib.
“Böyük beşliy”in ən yaxşı driblinq ustası Lamin Yamal (“Barselona”) La Liqanın cari mövsümündə 51 uğurlu driblinq edib. Onunla ən yaxından rəqabət aparan Florian Virtz (“Bayer”) Bundesliqada bu baxımdan öz ustalığını 47 dəfə göstərib. Ümumiyyətlə, əsas 5 çempionatda 18 futbolçu 37-dən çox driblinq edib.
Təbii ki, driblinqlərin uğurla həyata keçirilməsində qarşı tərəfin səviyyəsi də mühüm rol oynayır. Daha səviyyəli müdafiə xəttinə qarşı bunu etmək elə də asan deyil. Elə bu səbəbdən də Azərbaycan Premyer Liqasında uğurlu driblinqlərin sayının “böyük beşlik”dəkikərdən daha çox olması təbiidir. Azərbaycan çempionatında iştirak edən 7 futbolçu “böyük beşliy”in ən yaxşısı Lamin Yamalı qabaqlayır. Ümumiyyətlə isə Misli Premyer Liqasının 10 iştirakçısı 45-dən çox uğurlu driblinq edib.
Yamalı xeyli kölgədə qoyan Kilan Lebon (“Neftçi”) çempionatımızın lideridir. Onun 82 uğurlu driblinqi var. Rüfət Abdullazadədə (“Səbail”) bu göstərici 68, Cessi Sekidikada (“Sabah”) 61-dir.
“Böyük beşlik”də ən çox uğurlu driblinq edənlər:
1. Lamin Yamal (“Barselona”) – 51
2. Florian Virtz (“Bayer”) – 47
3. Dodi Lukebakio (“Sevilya”) – 46
4–5. İliman Ndiaye (“Evrton”) – 44
Mohammed Kudus (“Vest Hem”) – 44
6. Ceymi Qittens (“Borussiya”Dortmund) – 43
7–8. Antuan Semenyo (“Bornmut”) – 41
Jeremi Doku (“Mançester Siti”) – 41
9–12. Vinisius Junior (“Real”Msdrid) – 39
Mateus Kunya (“Vulverhempton”) – 39
Morqan Rocers (“Aston Villa”) – 39
Omar Marmuş (“Ayntraxt”) – 39
13–14. Kilian Mbappe (“Real”Madrid) – 38
15–18. Abdelsamad Ezzaizuli (“Betis”) – 38
Niko Uilyams (“Atletik”) – 37
Camal Musiala (“Bavariya”) – 37
Rafael Leao (“Milan”) – 37
Mozes Simon (“Nant”) – 37
Azərbaycan Premyer Liqasında ən çox uğurlu driblinq edənlər:
1. Kilan Lebon (“Neftçi”) – 82
2. Rüfət Abdullazadə (“Səbail”) – 68
3. Cessi Sekidika (“Sabah”) – 61
4. Leroy Mikels (“Şamaxı”) – 58
5. Cordan Rezabala (“Sumqayıt”) – 56
6. Emmanuel Addai (“Qarabağ”) – 55
7. Felipe Santos (“Araz Naxçıvan”) – 53
8-10. Coy–Lens Mikels (“Sabah”) – 45
Belajdi Pusi (“Şamaxı”) – 45
Süleyman Alluş (“Səbail”) – 45
Vüqar Məmmədov
İdman.biz