“Qarabağ”ın futbolçusu Olavio Juninyonu transfer etmək üzrə olan “Sevilya” daha bir keçidi reallaşdırmağa yaxındır.
İdman.biz xəbər verir ki, İspaniya klubu İsveçrə millisinin yarımmüdafiəçisi Ruben Varqasla danışıqların son mərhələsindədir.
Futbolçunun məxsus olduğu “Auqsburq”la ilkin razılaşma əldə olunub. Transfer 3 milyon avroya və sonradan ödəniləcək bonuslara başa gələcək. Varqasın keçidinin bu həftə açıqlanacağı gözlənilir. Onunla 5,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ruben mövsümün 10 matçında 1 qol vurub.
İdman.biz