Madrid "Real"ının prezidenti vəzifəsinə və Direktorlar Şurasına seçkilər keçiriləcək.
İdman.biz xəbər verir ki, Madrid klubu seçki prosesinin yanvarın 7-də keçiriləcəyini açıqlayıb.
"Real"in prezidenti Florentino Peres növbəti 4 il üçün prezident və idarə heyətinin seçilməsi üçün klubun Direktorlar Şurasını toplayacaq.
77 yaşlı Peres ikinci dəfə 2009-cu ildən Madrid təmsilçisinə rəhbərlik etməyə başlayıb. Bundan əvvəl o, 2000-2006-cı illərdə bu vəzifədə çalışıb.
Qeyd edək ki, 2021-ci il seçkilərində Peresdən başqa namizəd olmadığı üçün "Real"ın hazırkı prezidenti avtomatik olaraq yenidən seçilib.
İdman.biz