Premyer Liqanın 2024-cü ildəki oyunlarında ən çox sarı vərəqə alan klub bəlli olub.
İdman.biz xəbər verir ki, “Çelsi” hamıdan çox – 100 xəbərdarlıqla cəzalanıb.
London klubunun futbolçuları bir il əvvəl 108 dəfə sarı vərəqə görüblər. Bununla da “zadəganlar” ardıcıl iki təqvim ilində “100+” xəbərdarlıq alıb. Premyer Liqa tarixində heç bir klub ardıcıl iki dəfə bu qədər cəzalanmayıb.
İdman.biz