"İnter" yarımfinal matçında "Atalanta"ya qalib gələrək (2:0) İtaliya Superkubokunun finalına çıxıb.
İdman.biz xəbər verir ki, mükafata ikinci iddiaçı bu gün keçiriləcək "Yuventus" - "Milan" qarşılaşmasında bəlli olacaq.
Yarımfinalda məğlub olan komandaların hər biri 1,6 milyon avro, “neradzurri” və ikinci cütün qalibi isə 3,6 milyon avro alacaq.
"La Gazzetta dello Sport"un məlumatına görə, bu məbləğdən əlavə, finalda uduzan komanda 5 milyon avro məbləğində mükafat qazanacaq.
İtaliya Superkubokunun qalibi isə 8 milyon dollar məbləğində əlavə pul mükafatına da sahib olacaq.
Qeyd edək ki, turnir Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilir və final matçı yanvarın 6-da olacaq.
İdman.biz