"Mançester Yunayted"in aşağı diviziona düşmə ehtimalı

Xəbərlər
3 Yanvar 2025 17:43
128
"Mançester Yunayted"in aşağı diviziona düşmə ehtimalı

"Mançester Yunayted"in bu mövsümün sonunda İngiltərə Premyer Liqasından aşağı diviziona düşmə ehtimalı 0,11% qiymətləndirilir.

İdman.biz xəbər verir ki, bunu "Opta Sport" statistik portalı açıqlayıb.

“Qırmızı şeytanlar” hazırda Premyer Liqada 19 oyundan 22 xalla 14-cü pillədə qərarlaşıblar. Komandanı "düşmə zonası"ndan 7 xal ayırır.

Qeyd edək ki, "Mançester Yunayted" növbəti oyununu yanvarın 5-də səfərdə lider “Liverpul”a qarşı keçirəcək.

İdman.biz