“Qarabağ”ın futbolçusu Juninyo daha bir klubdan təklif alıb.
İdman.biz xəbər verir ki, “Sevilya”ya keçməyə yaxın olan braziliyalı hücumçu “Flamenqo”nun hədəfinə düşüb.
Braziliya klubu komandanı tərk edərək azad agent kimi “Kruzeyro”ya keçən Qabrieli məhz Olavio ilə əvəzləmək istəyib. “Flamenqo” Juninyonun transferi üçün “Sevilya”dan daha çox – 5 milyon avro ödəməyə hazır olub. Amma hücumçu vətəninə qayıtmaq variantından imtina edib. O, karyerasını Avropada, “Sevilya”da davam etdirmək istəyini göstərib.
Qeyd edək ki, “Qarabağ”la “Sevilya” arasında danışıqlar yekunlaşmaq üzrədir. Azərbaycan çempionu İspaniya klubunun 3+0,5 milyon avroluq təklifini qəbul etməsə də, futbolçunun getmək istəyi tərəflərin ortaq məxrəc tapmasına təkan verir.
İdman.biz