PSJ təyyarədə mətbuat konfransı keçirib.
İdman.biz xəbər verir ki, Fransa Superkubokunda "Monako" ilə oyun üçün Parisdən Dohaya uçan komandanın baş məşqçisi Luis Enrike təyyarə göydə olarkən jurnalistlərin suallarını cavablandırıb.
"Təyyarədəki bu mətbuat konfransı tamamilə yeni hadisədir. Klubun bunu təşkil etməsi heyranedicidir”, - deyə ispaniyalı mütəxəssis bildirib.
"Starlink"in peyk şəbəkəsi sayəsində "Qatar Airways"in sərnişinləri sürətli, aşağı gecikmə ilə internet bağlantısı əldə ediblər ki, bu da PSJ komandası ilə rahat əlaqə saxlanılmasına, mətbuat konfransının problemsiz keçməsinə imkan verib.
Mətbuat konfransında PSJ-nin kapitanı Markinyos da iştirak edib.
Qeyd edək ki, rəsmən "Trophee des champions" adlanan Fransa Superkuboku uğrunda PSJ və "Monako" arasında oyun yanvarın 5-də Qətərdə keçiriləcək.
İdman.biz