Braziliyanın “Koritiba” klubunun rəsmi saytı hakerlərin hücumuna məruz qalıb.
İdman.biz xəbər verir ki, saytı ələ keçirən cinayətkarlar ora yeni xəbər yerləşdirib.
Bu yazıda “Koritiba”nın transferi barədə saxta məlumat yer alıb. Fırıldaqçılar Neymarın “Əl-Hilal”dan transfer edildiyini rəsmi sayt vasitəsilə açıqlayıblar.
Qeyd edək ki, “Koritiba” Braziliya çempionatının B seriyasında çıxış edir.
İdman.biz