“Liverpul” futbolçusu Ben Doakı satmaqdan imtina edib.
İdman.biz xəbər verir ki, mersisaydlılar Premyer Liqanın iki klubundan aldığı təklifləri müsbət cavablandırmayıblar.
Hücumçunun xidmətində “Kristal Pelas” və “İpsviç” maraqlıdır. Hazırda “Midlsbro”da icarədə olan futbolçu üçün təklif olunan məbləğ “Liverpul”u razı salmayıb.
“Kristal Pelas” forvard üçün 15, “İpsviç” 16 milyon funt sterlinq ödəməyə hazır olub. Liverpulun eyniadlı təmsilçisi şotlandiyalı üçün danışıqlara başlamağa belə ehtiyac görməyib. Klub rəhbərliyi bunun üçün ən azı 25 milyonluq təklif gözləyir.
Qeyd edək ki, Doak cari mövsümdə Çempionşipdə keçirdiyi 19 matçda 2 qol və 5 assistə imza atıb.
İdman.biz