2025-ci il onlar üçün gec başlayacaq

Xəbərlər
4 Yanvar 2025 13:38
88
2025-ci il onlar üçün gec başlayacaq

Misli Premyer Liqasında mövsümün ikinci yarısı nisbətən tez başlayacaq.

İdman.biz xəbər verir ki, bu dəfə komandalar yanvarın ikinci ongünlüyündə mübarizəni bərpa edəcəklər.

Amma bu, iki futbolçuya aid olmayacaq. Söhbət 2024-cü ilin sonunda cəzalı duruma düşənlərdən gedir.

Hər iki belə oyunçu da “Turan Tovuz”dadır. Şəhriyar Əliyev və Aleks Souza üçün 2025-ci il gec başlayacaq.

Onlar XIX turun “Kəpəz”lə matçını sarı vərəqə limitinə görə buraxacaqlar. Şəhriyar 8, Aleks 4 xəbərdarlıq aldığı üçün XX turu gözləyəcək.

Qeyd edək ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşması yanvarın 19-da keçiriləcək.

İdman.biz