Argentina millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Martin Demiçelis xoşagəlməz hadisə ilə üzləşib.
İdman.biz xəbər verir ki, hazırda Meksika təmsilçisi “Monterrey”in baş məşqçisi olan sabiq müdafiəçinin bağına ayı girib.
Bu “qonağ”ın videosunu çəkən mütəxəssisin xanımı sosial şəbəkədə paylaşım edib. Ayı bir müddət bağda qaçışdıqdan sonra yola çıxıb və bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşı “qolfkar” ilə onu qovmağa cəhd edib.
Qeyd edək ki, vəhşi ayıların Monterreydə peyda olmasına dəfələrlə rast gəlinib.
İdman.biz
@eldestape Evangelina Anderson y Martín Demichelis fueron sorprendidos por un oso en la puerta de su casa en Monterrey 😬 #parati #fyp #oso #Mexico #Monterrey ♬ sonido original - El Destape