Əməliyyat olunan Azər Bağırov son durumunu açıqlayıb

Xəbərlər
4 Yanvar 2025 14:13
115
Əməliyyat olunan Azər Bağırov son durumunu açıqlayıb

“Səhhətimdə yaranan problemlərə görə, dünənki məşqdə iştirak edə bilmədim”

Bunu İdman.biz-ə "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Bir neçə gün öncə bel nahiyəsindən kiçik bir əməliyyat keçirmişəm. Dünən həkim müayinəsində olduğum üçün qış toplanışının ilk məşqində iştirak edə bilmədim. Ancaq bu gün məşqdə olacam. Sabah da iki məşqimiz var. Hazırda özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, “Kəpəz” yanvarın 9-da "Qarabağ"la yoxlama görüşü keçirəcək.

Aytac Sahəd
İdman.biz