Premyer Liqa klubundan hücumçusu ilə bağlı qərar

Xəbərlər
4 Yanvar 2025 16:57
55
Premyer Liqa klubundan hücumçusu ilə bağlı qərar

“Aston Villa” hücumçusu Ceyden Filoqen-Bidasla bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, İngiltərə klubu 22 yaşlı forvardı icarəyə göndərəcək.

Artıq bir neçə klubla danışıqlara start verilib. Onun gedişini baş məşqçi Unai Emeri istəyib. Futbolçunun müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

Qeyd edək ki, hücumçu cari mövsümdə 15 matç keçirib.

İdman.biz