Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərli iki turdan sonra Türkiyə 1-ci Liqasında qələbə sevinci yaşayıblar.
İdman.biz xəbər ki, təmsilçilərimizin formasını geyindiyi "Ankaragücü" "Keçiörengücü" ilə qarşılaşıb.
18-ci tur çərçivəsində keçirilən qarşılaşmada Renat meydana çıxmaq şansı qazanıb. O, qarşılaşmanın 67-ci dəqiqəsində Bajiçi əvəzləyib. Nəzərli isə oyunu ehtiyat oyunçular skamyasında başa vurub.
Paytaxt derbisi "Ankaragücü"nün 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Cephas vurub.
Qeyd edək ki, futbolçularımızın komandası 27 xalla 5-ci pilləyə yüksəlib.
İdman.biz