La Liqa “Barselona”nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyata alınması ilə bağlı sorğusunu cavablandırıb.
İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Kataloniya klubu yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsə də, bu, iki oyunçuya lisenziya verilməsi üçün yetərli deyil. Buna mövcud qaydalar səbəb olub. RFEF-in Ümumi reqlamentinin 130.2 və 141.5-ci maddələrinə əsasən mövsümün gedişində lisenziyası ləğv edilən oyunçu həmin mövsümdə eyni komandada yeni lisenziya ala bilməz.
İdman.biz