Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, komanda Murad Vəliyevi heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər razılaşmanı 1 il uzada bilərlər.
Qeyd edək ki, Estoniyanın “Levadiya” klubuna məxsus olan Vəliyev icarə əsasında “Nomme Yunayted”də çıxış edib.
İdman.biz