"Turan Tovuz" İvan Konovalovu komandada saxlamaq istəyir.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisi rusiyalı qolkiperlə müqavilə müddətini artırmağı planlaşdırır.
30 yaşlı qolkiper bu mövsüm özünü yaxşı tərəfdən göstərdiyi üçün ona təkliflər artmaqdadır. “Turan Tovuz” isə növbəti mövsümdə də qapını İvana həvalə etmək istəyir. Tərəflərin müqavilə müddətini artıracağı gözlənilir.
Konovalov 2024-cü il iyulun 1-də “Turan Tovuz”la müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər Qərb təmsilçisinə məxsusdur.
Qeyd edək ki, “Spartak”ın (Moskva) yetirməsi olan Konovalov “Amkar”, “Astraxan”, “Rubin”, “Ural”, “Baltika” (hamısı Rusiya)“Radniçki”, “Baçka”(hər ikisi Serbiya), “Torpedo-BelAZ”(Belarus), “Livinqston”(Şotlandiya), “Tobol”(Qazaxıstan), komandalarının qapısını qoruyub.
İdman.biz