“Neftçi”ni tərk edən Mark Tamaşın yeni komandasının adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, macarıstanlı müdafiəçi karyerasını Rumıniyaya davam etdirəcək.
31 yaşlı futbolçu Rumıniya çempionatında çıxış edən “Sepsi” ilə anlaşıb. Rumıniya mətbuatının məlumatına görə Tamaşla qarşıdakı günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Mark “Neftçi”yə məhz “Sepsi”dən keçmişdi.
İdman.biz