Gürcüstanlı futbolçu 12 qol vurub və Bundesliqa klubuna keçib

Xəbərlər
5 Yanvar 2025 12:48
69
Gürcüstanlı futbolçu 12 qol vurub və Bundesliqa klubuna keçib

Gürcüstan millisinin hücumçusu Budu Zivzivadze karyerasını Bundesliqanın "Haydenhaym" klubunda davam etdirəcək.

İdman.biz xəbər verir ki, 30 yaşlı futbolçu adıçəkilən komandaya "Karlsrue"dən keçib.

Mövsümün ilk yarısında 17 oyunda 12 qol vuran Zivzivadze 2-ci Bundesliqanın bombardiridir. Müqayisə üçün bildirək ki, bu yarışda çıxış edən həmyerlimiz Mahir Emreli 12 matçda 3 dəfə fərqlənib.

İdman.biz