Bu gün "Liverpul" - "Mançester Yunayted" qarşılaşmasının keçiriləcəyi "Anfield" stadionunun hazırkı vəziyyətinin fotosu yayılıb.
İdman.biz xəbər verir ki, matçın baş tutması üçün meydan qardan tam təmizlənib.
Liverpula yağan güclü qar səbəbindən görüşün təxirə salınması gözlənilirdi.
****
14:19
İngiltərə Premyer Liqasının 20-ci turunun bu gün keçirilməli olan "Liverpul" - "Mançester Yunayted" matçı təxirə salına bilər.
İdman.biz xəbər verir ki, buna səbəb Liverpula güclü qarın yağmasıdır.
Azarkeşlərin stadiona təhlükəsiz şəraitdə gələ bilmələri baxımından matçın keçirilib-keçirilməməsi ilə bağlı qərarın yaxın saatlarda veriləcəyi bildirilir.
Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" qarşılaşmasının startı Bakı vaxtilə saat 20:30-a təyin olunub.
İdman.biz