Cavid Hüseynovun göndərdiyi Məmmədov "Səbail"i "Zirə"yə dəyişib

Xəbərlər
5 Yanvar 2025 22:11
89
Cavid Hüseynovun göndərdiyi Məmmədov "Səbail"i "Zirə"yə dəyişib

"Səbail" klubunun sabiq baş inzibatçısı Seymur Məmmədovun işsiz günləri sona çatıb.

İdman.biz Fanat.Az-a istinadən xəbər verir ki, Cavid Hüseynovun gəlişindən sonra Bayıl təmsilçisindən göndərilən Məmmədov bundan sonra "Zirə" klubunda çalışacaq.

O, bu yaxında "qartallar"ın əsas komandasından uzaqlaşdırılan Emin Mövsümovu əvəz edəcək.

Qeyd edək ki, "Səbail"də mövsümün gedişində baş məşqçi postuna təyinat alan Cavid Hüseynov Seymur Məmmədovun xidmətinə ehtiyac duymamış, onu "Cəbrayıl"da bir yerdə çalışdığı Cəmil Atayevlə əvəzləmişdi.

İdman.biz