İngiltərə Premyer Liqasının XX turunda “Fulhem”lə “İpsviç” qarşılaşıb.
İdman.biz xəbər verir ki, 2:2 hesabı ilə bitən matçda meydan sahiblərinin hər iki qoluna Raul Himenes imza atıb.
O, iki dəfə penaltidən dəqiq istifadə edib. Raul bununla da Premyer Liqadakı qol sayını 55-ə çatdırıb.
Himenes Premyer Liqada ən çox qol vuran meksikalı adını qazanıb. O, Çiçaritonu geridə qoyub.
Qeyd edək ki, “Mançester Yunayted” və “Vest Hem”də oynamış Çiçarito 53 qola imza atıb.
İdman.biz