Patrik Klyuvertin yeni iş yeri bəlli olub.
İdman.biz xəbər verir ki, Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu karyerasını Asiyada davam etdirəcək.
O, İndoneziya millisinin baş məşqçisi olacaq. Klyuvert asiyalılarla 2+2 illik müqavilə imzalayacaq. 48 yaşlı mütəxəssisin təqdimatı yanvarın 12-də baş tutacaq.
Qeyd edək ki, Klyuvertin son iş yeri 2023-cü ildə ayrıldığı Türkiyə təmsilçisi “Adana Dəmirspor” olub.
İdman.biz