"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Olimpiakos" Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbə verir ki, Pirey təmsilçisi 17-ci tur çərçivəsində "Panetolikos"un qonağı olub.
Oyun "Olimpiakos"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda bu nəticədən sonra 37 xalla lider mövqeyinə yüksəlib. Pireylilər ən yaxın izləyicisi "Panatinaikos"u 2 xal qabaqlayır.
Qeyd edək ki, "Qarabağ" və "Olimpiakos" arasında oyun yanvarın 30-da keçiriləcək.
İdman.biz