“Milan”ın baş məşqçisi Serjio Konseysaonun İtaliya Superkubokundakı qələbəni necə qeyd etdiyi bəlli olub.
İdman.biz xəbər verir ki, bu, “İnter”lə Milan derbisindən sonra “rossonyeri”nin soyunub-geyinmə otağından çəkilən videoda əksini tapıb.
Portuqaliyalı mütəxəssis 3:2 hesablı əzmkar qələbəni çox emosional şəkildə qeyd edib. O, futbolçularla birgə rəqs etməyi lazım bilib. Konseysao ağzındakı siqarı çıxarmadan oynayıb.
Qeyd edək ki, 2024-cü il dekabrın 30-da “Milan”ın baş məşqçisi təyin olunan mütəxəssis komandanı cəmi 2 oyuna çıxarsa da, ilk titulunu qazanıb. Bu, 1930-cu ildən sonrakı dövr üçün klubun rekordudur.
İdman.biz