“Səbail” 2-ci transferini açıqlayıb

Xəbərlər
7 Yanvar 2025 11:59
128
“Səbail” 2-ci transferini açıqlayıb

“Səbail” daha bir futbolçunun transferini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti Mirabdulla Abbasovun keçidini açıqlayıb.

29 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Abbasov 2019/20 və 2022/23-cü illər mövsümündə də “Səbail”də çıxış edib.

Qeyd edək ki, Premyer Liqa təmsilçisi bir gün əvvəl Marko Nikoliçi də heyətinə qatıb.

İdman.biz