“Quançjou” klubu peşəkar statusunu itirib.
İdman.biz xəbər verir ki, 8 dəfə Çin çempionu olan komanda 2025-ci ildə 2-ci divizionda oynamaq üçün lisenziya ala bilməyib.
Buna klubun maliyyə problemləri və yığılan borclar səbəb olub. “Quançjou" peşəkar fəaliyyətini davam etdirmək üçün zəruri olan vəsaiti toplaya bilməyib.
Qeyd edək ki, 2016-cı ildə dünyanın ən bahalı klubu hesab edilən “Quançjou” 2011-17-ci illərdə ardıcıl 7 dəfə ölkə çempionu olub, 2019-cu ildə növbəti titulunu qazanıb. Komanda iki dəfə - 2013-cü və 2015-ci illərdə Asiya Çempionlar Liqasının qalibi olub.
İdman.biz