"Qarabağ"ın Avropa Liqasında rəqibi "Olimpiakos" heyətini "Mançester Yunayted"in sağ vingeri Antoni ilə gücləndirə bilər.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabında yazıb.
Məlumata görə, Yunanıstan klubu futbolçunu icarəyə götürülməklə bağlı qarşı tərəflə danışıqlar aparır.
Daha əvvəl İspaniyanın "Betis" klubunun Antonini icarəyə götürmək istədiyi bildirilirdi. Braziliyalı bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. 24 yaşlı futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Transfermarkt"də Antoninin transfer dəyəri 20 milyon avrodur.
İdman.biz