“Tottenhem” futbolçusu Son Xın Minlə müqaviləni uzadıb.
İdman.biz xəbər verir ki, yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
32 yaşlı cənubi koreyalı yarımmüdafiəçi 2015-ci ildən London klubunda forma geyinir. Son Premyer Liqanın cari mövsümündə 17 oyun keçirib.
Qeyd edək ki, asiyalı mövsümdə 5 qol və 6 assistə imza atıb.
İdman.biz