Misli Premyer Liqasında çıxış edən klublar təkcə əvəzedicilərin yarışında deyil, aşağı yaş qruplarının turnirlərində də mübarizə aparır. Bu liqalardakı komandalar və onların futbolçuları Premyer Liqa təmsilçilərinin gələcəyi sayılır.
İdman.biz xəbər verir ki, elita klublarının sabahının nə vəd etdiyini bu liqaların turnir cədvəllərinə əsasən proqnozlaşdırmaq olar.
Əgər aşağı liqalar zonalar üzrə mübarizə aparırsa, Gənclər, U-17, U-16 və U-15 komandaları eyni turnirdə toplanıblar. Bunlardan yalnız ikisində oynayan “Araz-Naxçıvan” istisna, digər klublar dörd liqanın hamısında çıxış edir.
Klubların bu yarışlarda mövsümün ikinci yarısında topladığı xallara nəzər alsaq, aydın mənzərə yaranar. Dörd komandanın topladığı xallara görə “Qarabağ” burada da liderdir. “Sabah” liderdən xeyli geri qalır. “Zirə” ilə “Neftçi”ni paytaxtın ən güclüsündən az fərq ayırır.
Ən acınacaqlı durum isə “Şamaxı”dadır. Sanki bu klubun gələcəyi yoxdur. Dörd liqadakı komandalar cəmi iki turnirdə oynayan “Araz-Naxçıvan”la eyni göstəriciyə malikdir.
yer |
klub |
U-15 |
U-16 |
U-17 |
GL |
Cəmi |
1 |
Qarabağ |
46 |
45 |
47 |
38 |
176 |
2 |
Sabah |
46 |
31 |
36 |
43 |
156 |
3 |
Zirə |
34 |
34 |
49 |
36 |
153 |
4 |
Neftçi |
31 |
43 |
49 |
23 |
146 |
5 |
Sumqayıt |
37 |
31 |
26 |
21 |
115 |
6 |
Turan Tovuz |
26 |
24 |
35 |
20 |
105 |
7 |
Səbail |
5 |
31 |
24 |
21 |
81 |
8 |
Kəpəz |
23 |
19 |
9 |
14 |
65 |
9 |
Araz-Naxçıvan |
- |
- |
9 |
19 |
28 |
10 |
Şamaxı |
8 |
1 |
0 |
19 |
28 |
İdman.biz