“Napoli” futbolçusunu icarəyə verir

Xəbərlər
8 Yanvar 2025 09:12
105
“Napoli” futbolçusunu icarəyə verir

“Napoli” futbolçusu Maykl Folorunşonu icarəyə verir.

İdman.biz xəbər verir ki, mərkəz yarımmüdafiəçisi “Fiorentina”ya keçməyə yaxındır.

26 yaşlı futbolçunun icarə şərtləri razılaşdırılıb. O, mövsümün sonuna qədər icarəyə veriləcək.

Florensiya təmsilçisi onu sonradan 8 milyon avroya transfer etmək hüququna da yiyələnəcək. Folorunşo bu həftə tibbi müayinədən keçməlidir.

Qeyd edək ki, Folorunşo A seriyasının cari mövsümündə 6 oyun keçirib.

İdman.biz