Olmo ilə bağlı qərarı “Real” azarkeşi verəcək

Xəbərlər
8 Yanvar 2025 14:13
53
Olmo ilə bağlı qərarı “Real” azarkeşi verəcək

“Barselona”nın futbolçusu Dani Olmonun La Liqada oynamaq üçün qeydiyyatı ilə bağlı yekun qərarı verəcək şəxs bəlli olub.

İdman.biz xəbər verir ki, Kataloniya klubu İspaniyanın İdman üzrə Ali Şurasına apelyasiya verib.

Bu quruma Xose Uribes rəhbərlik edir. O, uzun müddətdir “Real”a azarkeşlik edir. İdman məsələləri üzrə dövlət katibi olan Uribes sevimli komandasının əsas rəqibi ilə bağlı qərar verməlidir.

Qeyd edək ki, Olmonun qeydiyyatı ilə bağlı qərarın yanvarın sonlarında veriləcəyi gözlənilir.

İdman.biz