"Şturm"un geyim təchizatçısı Şimo Mariç komandanın qapıçısı Daniil Xudyakovu "Putin" adlandırır.
İdman.biz xəbər verir ki, rusiyalı futbolçu bu yay Avstriya klubuna keçib.
32 ildir "Şturm"da çalışan əməkdaş futbolçulara milli mənsubiyyətinə görə ləqəblər verməyi xoşlayır.
O, mövsümün ilk yarısında icarə əsasında klubda çıxış etmiş hücumçu Erencan Yardımcını Türkiyə prezidentinin şərəfinə “Ərdoğan” adlandırırdı.
“Belə ləqəblər pis bir şey ifadə etmir. İşlər yaxşı getməyəndə zarafat etməyə, kimisə güldürməyə çalışıram. Çox vaxt bu işə yarayır”, - deyə Mariç "Kleine Zeitung" nəşrinə açıqlamasında bildirib.
İdman.biz