“Yuventus” və Çexiya millisinin sabiq futbolçusu Pavel Nedved Səudiyyə Ərəbistanında işləyəcək.
İdman.biz xəbər verir ki, 52 yaşlı mütəxəssis “Əl-Şəbab” klubunun idman direktoru vəzifəsinə təyin edilib.
Nedved futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da çalışıb və klub rəhbərliyinin fırıldaqlıqları ilə bağlı araşdırmalara görə səkkiz ay futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Qeyd edək ki, bugünlərdə tanınmış türkiyəli mütəxəssis Fatih Terim də "Əl-Şəbab"ın baş məşqçisi təyin olunub.
İdman.biz