“Şamaxı” braziliyalı hücumçu transfer edib

Xəbərlər
9 Yanvar 2025 11:58
117
“Şamaxı” braziliyalı hücumçu transfer edib

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb.

Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” komandası olub.

İdman.biz