Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, Kurban Berdıyevin komandası Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə qarşılaşıb.
Bu, Azərbaycan klublarının 2025-ci ildəki ilk beynəlxalq sınağı olub. Qarşılaşma rumınların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yoxlama oyunu
9 yanvar
16:30. “Turan Tovuz” – “Qloriya Buzau” (Rumıniya) - 0:2
Qeyd edək ki, “Turan Tovuz”un ikinci oyunu yanvarın 12-də baş tutacaq. Qərblilər Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşacaq.
İdman.biz