Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin "Polessye"dən ayrılacağı ilə bağlı iddialar var.
İdman.biz xəbər verir ki, Ukrayna mətbuatı Mustafayevin "Polessye"ni tərk edərək, "Çernomorets"ə keçəcəyini yazıb.
Məsələ ilə bağlı Sportal.az Mustafayevin fikrini öyrənib. 23 yaşlı futbolçu açıqlamasında Odessa klubuna keçəcəyi ilə bağlı xəbərlərin doğru olmadığını bildirib: "Bir neçə klubdan təklif almışam. Amma "Çernomorets"ə keçəcəyimlə bağlı xəbərlər doğru deyil. Bu klubla danışıq aparmırıq".
Qeyd edək ki, "Aleksandriya" yetirməsi olan Emil 2023-cü il iyulun 1-də "Polessye"yə keçib. O, 2027-ci il iyunun 30-na qədər Jitomir klubuna məxsus olacaq.
İdman.biz