Erik Ramos: "Neftçi"nin onun kimi hücumçusu yoxdur" - MÜSAHİBƏ

Müsahibə
9 Yanvar 2025 14:19
84
Erik Ramos: "Neftçi"nin onun kimi hücumçusu yoxdur" - MÜSAHİBƏ

"Neftçi"nin sabiq yarımmüdafiəçisi Erik Fabian Ramosun Sportal.az-a müsahibəsi

- "Neftçi"nin Premyer Liqadakı durumunu necə şərh edərdin? Yəqin ki, komandanın hansı pillədə olduğunu görmüsən...
- Yayda Roman Qriqorçukun gəlişindən sonra, yeni transferlərlə yanaşı “Neftçi”dən daha yaxşı nəticə göstərəcəyini gözləyirdim. Turnir cədvəlində üst pillələr gözləyirdim. Amma “Neftçi” hazırda 8-ci pillədədir. Bu isə komanda üçün mövsümün ilk hissəsnin yaxşı keçmədiyini göstərir.

- "Neftçi"dəki futbolçular komandanı uğurlu nəticələrə apara bilər?
- Yaxşı nəticə yoxdursa, komanda 8-ci pillədə qərarlaşıbsa, demək ki, uğursuzluqdur. “Neftçi” ölkənin ən yaxşı büdcələrindən birinə sahib klubdur. Lakin onlar bir neçə ildir ki, eyni hekayə ilə davam edir. Yeni oyunçular transfer edirlər və mövsümün ilk hissəsində heyətdə, oyunçularda və məşqçilərdə çox qeyri-sabit olan oyunçularla müqavilələri pozmağa başlayırlar. Qeyri-sabit heyət var, nəsə səhv gedir.

- Samir Abasovun “Neftçi”ni uğursuzluqdan çıxaraq zirvəyə aparacağına inanırsan?
- Samir Abasov ilk növbədə heyəti gücləndirməli və hazırlığı yaxşı keçməlidir. Liqaya qayıtmaq üçün vaxtın olub-olmadığını bilmirəm. Amma kubok da var. “Neftçi” üçün əsas məqsəd bu il kuboku qazanmaq olmalıdır.

- “Neftçi”nin hazırkı heyətindən daha çox futbolçu göndərilməlidir?
- Yeni oyunçulardan çox da xəbərim yoxdur. Amma turnirdə yaxşı səviyyədə oynayan futbolçular var, 3-4 yaxşı oyun oynayıb, daha sonra səviyyəsini çox aşağı salır. Stabil oyunçular görmürəm. Bu isə düzgün deyil. “Neftçi” kimi böyük komandanın bombardiri olmalıdır. Uzun müddətdir ki, “Neftçi”nin Nikolas Kanales kimi hücumçusu yoxdur. İldə 20-25 qol komanda üçün əsas oynamış olardı.

- “Neftçi”də Emin Mahmudov və Ramil Şeydayev kimi millinin aparıcı üzvləri də var...
- Uzun illər bir klubda oynayanda, nəticələr yaxşı olmayanda bu, şəxsi təzyiqdir. "Neftçi"də olduğum son 2 ildə də mən eyni vəziyyətlə qarşılaşmışdım. Heyətdə ən yaşlı mən idim, 2 kubok finalında uduzmuşduq. Bu da acı hissdir, tam uğursuzluqdur. Məncə Emin və Ramilin başına da eynisi gəlir. Onlar komandanın liderləridir və nəticələr gözlənilən kimi deyil. Amma əvvəl dediyim kimi, bu il kuboku qazanmaq və çempionatdakı uğursuzluğu unutdurmaq olar.

- “Neftçi”nin bu mövsüm çempionluq və titul mübarizəsi artıq arxada qalıb. Sizcə, komanda mübarizəyə qoşula biləcək?
- Premyer Liqada nəsə etmək çox çətindir. Qalib gəlmək demək olar ki, mümkünsüzdür. Çox güclü və yaxşı mövqedə olan “Qarabağ”dır. Amma məqsəd turnir cədvəlində yüksəlmək və kuboku qazanmaq olardı.

- Yeri gəlmişkən, yeni mövsümdən Azərbaycan Premyer Liqasında böyük ehtimalla legioner limiti ləğv olunacaq. Bunun Azərbaycan futboluna mənfi və müsbət tərəfləri hansılardır?
- Uzunmüddətli proses olmalıdır. Müsbət və mənfi cəhətləri var, liqanın reqlamenti dəyişdirildikdə normaldır, çempionatın səviyyəsi aşağı düşəcək, amma yerli oyunçulara daha çox imkanlar veriləcək. Burada, Paraqvayda cəmi 3 əcnəbiyə icazə verirlər və çempionat çox çətin keçməyə davam edir. Bu, hörmət edilməli prosesdir və yerli oyunçular da milli komandaya çağırılmaq və xaricə oynamaq üçün imkanlarından istifadə etməlidirlər.

İdman.biz