Qapıçı Pau Lopez "Lans"da cəmi bir gün keçirdikdən sonra klubu tərk etməli olub.
İdman.biz xəbər verir ki, Liqa 1 təmsilçisi 30 yaşlı qapıçını "Marsel"dən icarəyə götürsə də, bu sövdələşmə rəsmiləşməyib.
Lopez mövsümün ilk hissəsini icarə əsasında La Liqada - “Jirona”da keçirib. Onun məxsus olduğu “Marsel” klubu "Lans"la yeni icarə barədə razılaşsa da, əvvəlki icarə müqaviləsini ləğv etməyi unudub.
Nəticədə "Jirona" Lopezi "Lans"a buraxmaqdan imtina edib: qapıçı başqa klubda rəsmi təqdimatından bir gün sonra yenidən İspaniyaya qayıtmalı olub.
İdman.biz