Daha bir klub Juninyonu transfer etmək istəyib.
İdman.biz Offsideplus.az-a istinadən xəbər verir ki, bununla bağlı təklif Almaniya nəhəngi "Bayer"dən gəlib.
Məlumatı “SBT Rio”nun əməkdaşı Venye Kasaqrande yayıb. İnformasiyaya görə, Leverkuzen təmsilçisi "Qarabağ"a "Sevilya"dan az məbləğ təklif edib: “Juninyoya maraq göstərən təkcə ispanlar deyildi. Digər məşhur klub “Bayer”də ona maraq göstərmişdi. Lakin həmin vaxt “Sevilya”nın təklifi həm klub, həm də oyunçu üçün daha sərfəli idi”.
İdman.biz